Vulkan 6 turistin həyatına son qoydu

Qvatemalada Akatenanqo vulkanına qalxma vaxtı soyuqdan ölənlərin sayı 6 nəfərə çatıb.


Məlumata görə, iki turist qrupu ötən şənbə vulkanın ətrafına doğru yola düşüb. Lakin havanın temperaturu kəskin şəkildə enib və güclü külək başlayıb. Külək turistlərin çadırlarını dağıdıb. Nəticədə bir neçə nəfər ölüb.


Ölənlər arasında Qvatemalanın Milli Atletika Assosiasiyasının iki idmançısı - Yaxayra Roldan və Lusiya Sançes də var. Ölənlərdən hələlik ikisini xilas edildiyi məlumdur. Hazırda yerli xilasetmə xidmətlərinin iştirakıyla xilasetmə əməliyyatı davam edir.


Qeyd edək ki, ilkin məlumatda üç turistin öldürüldüyü bildirilirdi. 

 

/Report/

Tarix: 09 Yanvar - 23:11
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər