Maradona Messini tənqid etdi

Futbol əfsanəsi Diyeqo Maradona FİFA-nın 2016-cı ilin ən yaxşı futbolçusu üçün təqdim etdiyi "The Best" mükafatının təqdimat mərasimində maraqlı açıqlama verib.

 

Goal.az xəbər verir ki, 1986-cı ilin dünya çempionu həmyerlisi Lionel Messinin mərasimdə iştirak etməməsini təəccüblə qarşılayıb.

 

"Messinin hərəkəti məni təəccübləndirdi. Evdə televizorun qarşısında oturmaqla heç kimlə mübarizə aparmaq olmaz. "Barcelona" nümayəndələrinin belə vacib mükafatın təqdimetmə mərasimində niyə iştirak etmədiyini bilmirəm. Messi Sürixə gəlsəydi, Barselonada qalmaqdan daha yaxşı mübarizə apara bilərdi".

Tarix: 10 Yanvar - 12:06
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər