Boksçumuz Rusiyada möhtəşəm qələbə qazandı

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin İdman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

 

Teleqraf.com xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” idman klubu da təmsil olunub.

 

Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. Turnirdə 59 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adını qazanıb.

Tarix: 10 Yanvar - 13:08
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər