Kənd təsərrüfatında 2,6 faiz artım var - Nazirliyin açıqlaması

2015-ci illə müqayisədə ötən il kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,5 faiz artıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb.


2016-ci ildə  payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərin 997,5 min hektar əkin sahəsindən 3 mln. 65,1 min ton və ya 2015-ci illə müqayisədə 2,2% (65,7 min ton) çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.


2016-cı ildə 902,4 min ton və ya əvvəlki ilə nisbətən 7,5% çox kartof, 1 mln. 269,3 min ton (0,5% az) tərəvəz, 464,6 min ton (4,1% az) bostan məhsulları, 883,7 min ton (0,5% az) meyvə və giləmeyvə, 134,5 min ton (14,4% az) üzüm, 1 015,7 ton (75,4% çox) yaşıl çay yarpağı, 321,3 min ton (72,7% çox) şəkər çuğunduru, 17,1 min ton (9,3% az) dən üçün günəbaxan, 3 598,2 ton (3,8% çox) tütün yarpağı yığılıb.
 

Dekabr ayının 26-dək sahələrdən 87,2 min ton (2,5 dəfə çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.


Bu il 523,8 min ton, yaxud əvvəlki ilə nisbətən 1,6% çox diri çəkidə ət, 2 009,9 min ton (4,4% çox) süd, 1 609,8 mlrd. ədəd (3,7% çox) yumurta, 16,7 min ton (2,1% az) yun istehsal olunub.


İlhamə ƏBÜLFƏT     

 

Tarix: 10 Yanvar - 18:19
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər