Deputatlar şəhidin ailəsinə baş çəkdilər – FOTO

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan bir qrup deputatı dekabrın 29-da Ermənistan-Azərbaycan sərhəd xəttində şəhid olan və nəşi indiyədək Ermənistan tərəfində saxlanılan Çingiz Qurbanovun ailəsinə baş çəkiblər. 

 

Teleqraf.com xəbər verir ki, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov və Aydın Mirzəzadə   şəhidin ailəsinə başsağlığı verib, bütün Azərbaycan xalqının Çingizin şücaətindən xəbərdar olduğunu, onun xatirəsinin daim yaşayacağını bildiriblər.

 

Səxavət

Tarix: 10 Yanvar - 20:10
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər