Müxalifət partiyaları bir arada

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında bir necə partiya sədri toplaşaraq müzakirələr aparıb.


Teleqraf.com-a bu haqda danışan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, toplantı da  görüşdə KXCP, VİP, Aydınlar, BAP, ALDP, Azadlıq, ADP, Ağ Partiya və Xalq Partiyasının sədrləri iştirak edib. Onun sözlərinə görə, iclasda əsasən ictimai-siyasi vəziyyət müzakirə edilib: “Eləcədə blogger Mehman Hüseynovun saxlanılması məsələsinə münasibət bildirilib. Həmçinin Nardaran hadisələrinə dair aparılan məhkəmə prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda biz müşahidə edirik ki, ölkədə xüsusilə son dönəmlər dini təriqətlər arasında gərginlik yaratmaq istəyirlər. Bu məsələyə dair də mövqe oldu və biz bu halı ziyanlı hesab etdik”.


Elşad Musayev qeyd edib ki, yanvarın 17-də KXCP-nin qərargahında dəyirmi masa keçiriləcək: “Bundan sonra 20 yanvar hadisələrinin növbəti il dönümündə iştirak nəzərdə tutulur. Həmçinin ictimai-siyasi vəziyyətin təhlili ilə bağlı fevralda böyük dinləmələr təşkil ediləcək”.


Cavad

Tarix: 10 Yanvar - 20:25
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər