Yıldırım: Avropanın təhlükəsizliyi Türkiyədən başlayır

Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.

 

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, Baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir:


"Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz."

Tarix: 10 Yanvar - 21:25
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər