Fransanın dövlət katibi Azərbaycana gəlir

Fransanın İnkişaf və frankofoniya üzrə dövlət katibi Jan Mari Le Quen yanvarın 10-11-də Azərbaycana səfər edəcək.

 

Teleqraf.com xəbər verir ki, dövlət katibinin Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulur.

 

Eyni zamanda Jan Mari Le Quen 2016-cı ilin sentyabrında açılmış Fransa-Azərbaycan Universitetinə (UFAZ) baş çəkəcək.

Tarix: 10 Yanvar - 20:38
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər