ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək

Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki diplomatik nümayəndəliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı planları qüvvədədir.

 

Ərəb ölkələrinin bu addımı atmamaq çağırışlarına baxmayaraq, ABŞ-ın planları artıq mayın 24-də İsraildə “Qüds Günü” qeyd olunduqda rəsmən açıqlana bilər.

 

Avropa və ərəb ölkələri yeni administrasiyaya bu addımın Fələstin-İsrail arasındakı sülh prosesinin pozulmasına səbəb olacağı, eləcə də ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.

 

Fələstin Prezidenti Mahmud Abbas isə deyib ki, Qüdsün statusunu deyişən istənilən addım və yaxud bəyanat heç bir halda qəbul olunmayacaq.

/Trend.az/

Tarix: 10 Yanvar - 22:39
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər