Səngəçalda növbəti yanğın FOTO/VİDEO - YENİLƏNİB

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.
 
Teleqraf.com-un məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.
 
 
Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.
 

22:39

 

Bakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.

 

Teleqraf.com xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsilə məlumat verib.


O bildirib ki, partlayış Səngəçal qəsəbəsində olub: "Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".


Hazırda həmin ərazidə güclü yanğın olduğu bildirilir.

 

.

Səngəçalda daha bir partlayış - Yanğın davam edir +Fotolar+Video
Səngəçalda daha bir partlayış - Yanğın davam edir +Fotolar+Video

Tarix: 10 Yanvar - 23:52
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər