Ağdaşda 4 otaqlı ev yandı

Ağdaşda yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 10 m2 və 1 otağının tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Tarix: 11 Yanvar - 00:52
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər