Kerridən etiraf: ABŞ Suriyadakı atəşkəs razılaşmasına zərər verib

"ABŞ-ın suriyalı əsgərlərə hücumları Rusiya və Türkiyə arasında əldə edilmiş atəşkəs razılaşmasına zərər verib".


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Sülh İnstitutunda çıxışı zamanı deyib: "Suriyada nələrin baş verdiyini hər birimiz yaxşı görürük. Rusiya və İran Suriya məsələsində razılaşır, Səudiyyə Ərəbistanı İrana qarşı çıxır, kürdlərin istəkləri, Ərdoğana qarşı çıxmaları, Ərdoğanın Suriya ilə bağlı planları, sunnilər və ələvilərin döyüşləri, xalqın Əsədə qarşı mübarizəsi, İsrailin bu məsələdə rolunu nəzərə alsaq, Suriyada 6 fərqli müharibə gedir. Atəşkəs müqaviləsi bir müddət səssizliyin tətbiqini nəzərdə tuturdu. Ancaq müqavilənin 5-ci günündə 70 suriyalı hərbçini bombaladıq və ruslar bizim ciddi olmadığımıza, Əl Nusra Cəbhəsini saxladığımıza və müxalifləri terrorçulardan ayırmaq istəmədiyimizə inandılar. Daha sonra da humanitar yardım TIR-ı vuruldu və müqavilə pozuldu".


Qeyd edək ki, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın 17 sentyabrda Deyr əz-Zor yaxınlığında Suriya ordusu mövqelərinə "təsadüfən" etdiyi hava hücumları nəticəsində 62 əsgər ölüb, ən azı 100 nəfər də yaralanıb.  ABŞ Müdafiə Nazirliyi hücumun səhvən edildiyini və araşdırmaların aparıldığını bildirib.


Samir

Tarix: 11 Yanvar - 09:33
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər