Neftin qiymətləri dəyişdi, “AzəriLayt” ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.


Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar bahalaşaraq 50,96 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 53,73 dollar olub.


“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,16 dollar ucuzlaşaraq 54,67 dollar təşkil edib.

 

Tarix: 11 Yanvar - 10:21
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər