Böyük Teatrda “Məhəbbət əfsanəsi”

Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.

 

Teleqraf.com teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin dirijorluq edəcək.

 

Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.

Tarix: 11 Yanvar - 11:40
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər