Bədxassəli xəstəliklərdən ölüm hallarında leykoz birincidir - Uşaqlar arasında

“Bütün bədxassəli şişlərdə ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir”.


Teleqraf.com xəbər verir ki,  bunu Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov deyib. 


Onun sözlərinə görə, bu qrup xəstəliklərin uşaq və gənclərin bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricidir: "Bu göstərici dünyada 50 faiz təşkil edir. Narahatlıq yaradan amillərdən biri də odur ki, leykoz 15 yaşa qədər olan uşaqlar arasında bədxassəli xəstəliklərdən ölümün əsas səbəblərindən biridir".


Çingiz Əsədov qeyd edib ki,  Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadir.


İlhamə ƏBÜLFƏT

 

Tarix: 11 Yanvar - 12:17
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər