Böyrək çatışmazlığından əziyyət çəkən aktyor əməliyyat olunur

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov Mərkəzi Nefçilər xəstəxanasında əməliyyat olunacaq.

 

Rəhim Rəhimovun qardaşı Ramin Rəhimov Teleqraf.com-a açıqlamasında aktyora böyrək köçürüləcəyini deyib: “Bu gün qardaşım əməliyyat olunacaq. Hazırda hazırlıq gedir. Əməliyyatın saat neçədə baş tutacağını dəqiq bilmirik. 2 Rh(-) qana ehtiyacı var idi. Artıq qan da tapılıb. Hər şey yaxşıdır. İnşallah, əməliyyat uğurlu keçər”.

 

Rəqsanə

Tarix: 11 Yanvar - 12:27
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər