Naxçıvanda FHN əməkdaşları üçün tikilmiş yaşayış binası istifadəyə verildi

Prezident İlham Əliyev yanvarın 11-də Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının açılışında iştirak edib.


Teleqraf.com-un məlumatına görə, dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib, daha sonra mənzillərdə yaradılan şəraitlə tanış olub.

 

Prezidentə məlumat verilib ki, zirzəmi qatı ilə birlikdə yeddimərtəbəli yaşayış binasında 48 mənzil var. Onlardan 24-ü ikiotaqlı, 24-ü üçotaqlıdır.


Binanın zirzəmi qatında subay zabit, gizir və müddətdən artıq xidmət edənlər üçün 4 yaşayış sahəsi ayrılıb. Onlardan biri dörd nəfərlik, ikisi altı nəfərlik, biri səkkiz nəfərlikdir.


Yaşayış binasında istirahət otağı, qadın gözəllik salonu, kişi bərbərxanası, dərzi və komendant otaqları, 2 əşya anbarı, 40 nəfərlik yeməkxana və camaşırxana yaradılıb.

Tarix: 11 Yanvar - 14:23
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər