Millimiz heç-heçə oynadı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

 

Teleqraf.com xəbər verir ki, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki. komandamız ilk görüşdə Litvaya 1:2 hesabı ilə uduzub.

 

Əlavə edək ki, Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək. 

 

11 yanvar 

 

13:00.  Qazaxıstan - Azərbaycan - 2:2

 

Qollar: Dinmuxammed Kaşken, 18-pen (1:0), Rafael Məhərrəmli, 45+2 (1:1), Danil Kuznetsov, 53 (2:1), Fərid Nəbiyev, 82 (2:2)

Tarix: 11 Yanvar - 15:42
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər