SOCAR 129 milyon 56 min manat ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib.


SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olub. 


Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib. 


Bildirilib ki, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürülüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat çox olub.


İlhamə ƏBÜLFƏT

 

Tarix: 11 Yanvar - 16:24
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər