Mirmahmud Mirəlioğlu: “Üzülürük və lənətləyirik”

“Türkiyədə baş verənlər bizi həddən artıq narahat edir. Terror hər kəsi narahat edir. Terror hadisələri və digər olaylar təkcə hakimiyyətə qarşı deyil. Əslində Türkiyə məhz türklərin vətəni olduğuna, türk adını daşıyan dövlət olduğuna və burada yaşayanların türk olduğuna görə terror hədəfinə çevrilib. Biz belə halları pisləyir və lənətləyirik. Qeyd edirik ki, bu vəziyyət təkcə yürüdülən siyasətin nəticəsi deyil”.


Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.


Partiya sədri Türkiyənin daxili siyasi vəziyyəti, ələlxüsus Millətçi Hərəkat Partiyasının (MHP) apardığı siyasət və buna etiraz olaraq partiyadan baş verən istefalarla bağlı da fikirlərini açıqlayıb. 


Onun sözlərinə görə, Türkiyədə konstitusiya dəyişikliyi məsələsi gündəmdədir: “Dəyişikliklə bağlı layihənin maddələri bir-bir səsə qoyulur və s. Bu da onların daxili işidir. MHP-də baş verən proseslər isə həm bu partiyanın daxili işidir, həm də bizə bir qədər aiddir. O mənada kı, əgər orada məsələlər narahatedicidirsə, biz də narahat oluruq. Yox, əgər məsələlər sırf daxili subyektiv müstəvidədirsə, bu halda hesab edirik ki, qop-qocaman MHP bunun öhdəsindən gələcək. Əlbəttə, bəzi məsələlər var ki, bu gün açıqlanması mümkün deyil, istefa müəlliflərinin də özlərinin açıqladıqlarından o tərəfə getmək də doğru olmazdı. Bunları biz də izləyirik, üzülməli məsələlərə üzülürük, pislənməli məsələləri pisləyirik, lənətlənməli məsələləri lənətləyirik. Bəzi məsələlər də var ki, daxili işləridir. İstefa məsələsi daxili işləri olduğuna görə, buna müdaxiləni də doğru saymırıq”.


Cavad

Tarix: 11 Yanvar - 16:05
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər