SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunmayıb - AÇIQLAMA

Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.


SOCAR-dan Teleqraf.com-a verilən məlumatda bu xəbər rəsmi şəkildə təkzib olunur: "Bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. 

 

Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar".


Bu günlərdə Xalik Məmmədovun "Gülən işi" ilə bağlı istintaqa cəlb olunduğu barədə məlumatlar yayılıb.
 

İlhamə ƏBÜLFƏT

Tarix: 11 Yanvar - 16:14
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər