Xalası qızına qarşı dələduzluq edən cəzalandırıldı – HÖKM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 


Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Cəvahir Babayeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Fuad Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fuad Məmmədbəylinin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs olunub. 


Təqsirləndirilən Cəvahir Babayeva tanışı Fuad Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Hacı Zeynalov

 

Tarix: 11 Yanvar - 16:30
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər