Təqsirləndirilən şəxslər son söz deməyə başladı – Nardaran işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib. 


Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.  


Aqil İsmayılov hadisədə günahsız olduğunu bildirib. Abbas Hüseynov isə özünə ömürlük cəza istəyib: “Təqsirləndirləndirilən şəxslərdən ən çox mən ittiham olunuram. Ona görə də mənə ən ağır cəza verilsin”.


Digər təqsirləndirilənlər İbrahim Xudaverdiyev və Cabbar Cabbarov da polisə müqavimət göstərmədiklərini deyib.


Proses yanvarın 16-da davam edəcək. 


Qeyd edək ki, prokuror Taleh Bağırovun ömürlük, Fuad Qəhrəmanlının 11 il, Müsəlman Birliyi Təşkilatının üzvləri Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Şamil Abduləliyevin 15 il, Zakir Mustafayevin 15 il, Cahad Babakişizadənin 15 il, Aqil Quliyevin 15 il, Abbas Quliyevin 15 il, İbrahim Xudaverdiyevin 15 il, Etibar İsmayılovun 15 il, Bəhruz Quliyevin 15 il, Əli Nuriyevin 15 il, Əlibala Vəliyevin 15 il, Fərhad Balayevin 15 il, Abbas Tağıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Hacı Zeynalov

Tarix: 11 Yanvar - 18:05
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər