Bakıda qətl törədən kişi və qadın məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 


Teleqraf.com xəbər verir k, Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. 


Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.


Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.


Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.


Hacı Zeynalov

Tarix: 11 Yanvar - 19:11
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər