Tramp: "Rusiya mənə heç vaxt təzyiq göstərməyib"

ABŞ-ın gələcək prezidenti Donald Tramp Rusiyanın onun haqqında xoşagəlməz məlumatlar əldə etməsi barədə iddialara qəzəblə reaksiya verərək, Moskvanın ona "heç vaxt təzyiq göstərmədiyini" deyib.

 

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Tramp ABŞ kəşfiyyat agentliklərini "saxta xəbərlərin ictimaiyyətə sızmasının qarşısını almamaqda" ittiham edərək soruşub: "Biz nasist Almaniyasında yaşayırıq?".

 

Rəsmi təsdiqlənməmiş iddialarda deyilir ki, Rusiya fahişələr vasitəsilə Donald Tramp haqqında xoşagəlməz məlumatlar əldə edib. İddialar həmçinin onun Moskva ilə gizli əlaqələrdə olduğunu deyir.

Rusiya isə bu iddiaları qəzəblə rədd edib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov iddiaları "əlaqələrə ziyan vurmağa açıq bir cəhd" və "ucuz hekayə" adlandırıb.

 

Donald Tramp Rusiya xüsusi xidmət orqanlarının onunla bağlı şəxsi məlumat əldə etməsi barədə iddiaları "siyasi əcinnə ovu" kimi tənqid edib.

 

Bir neçə ardıcıl yazdığı tvitlərdə Tramp deyib: "Rusiya mənə heç vaxt təzyiq göstərməyib. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur, Heç bir razılaşma, heç bir borc, heç bir şey yoxdur.  Mən seçkini asanlıqla qazanıram... və bizim yalançı rəqiblərimiz qələbimizi saxta xəbərlərlə alçaltmağa çalışırlar. Çox təəssüfedici haldır. Kəşfiyyat agentlikləri gərək bu saxta xəbərin ictimaiyyətə "sızmasına" imkan verməyəydilər". 

Tarix: 11 Yanvar - 20:26
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər