Tramp ilk mətbuat konfransını keçirdi

 Donald Tramp noyabrın 8-də ABŞ prezidenti seçildikdən sonra Nyu Yorkda ilk mətbuat konfransını keçirir. Teleqraf.com xəbər verir ki, jurnalistlər Trampa Amerika kəşfiyyatının Rusiyanın ona kömək məqsədilə noyabrda ABŞ seçkilərinə müdaxiləyə dair çıxardığı nətəcələrlə bağlı suallar verib.


Mətbuat konfransı zamanı prezident seçilmiş Donald Trampın dünya ölkələrində biznes əlaqələrinə görə maraqların mümkün toqquşması ilə əlaqədar suallarla qarşılaşıb.

 

Donald Tramp sonuncu dəfə jurnalistlərlə iyulun 27-də keçirdiyi mətbuat konfransında demokrat namizəd Hillari Klintonu aylarla mətbuatın suallarına cavab vermədiyinə görə kəskin tənqid etmişdi.

 

ABŞ-ın müasir prezidentlərinin çoxu Ağ Ev uğrunda mübarizədə qələbə əldə etdikdən az müddət sonra mətbuat konfransı keçiriblər. Noyabrın 8-i seçkilərdən sonra Tvitter səhifəsində 1600-dan çox mesaj yazması və qısa açıqlamalar verməsinə baxmayaraq, mətbuatın suallarını cavablandırmayıb.

Tarix: 11 Yanvar - 21:20
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər