Ronaldo yenə oynamayacaq

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya kubokununun 1/8 finalında "Sevilya" ilə cavab oyununu buraxacaq.

 

Teleqraf.com xəbər verir ki, portuqaliyalı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan bu dəfə də K.Ronaldoya istirahət verib.

 

Qeyd edək ki, K.Ronaldo eyni səbəbdən "Sevilya" ilə ilk oyunu da buraxmışdı.

Əlavə edək ki, "Sevilya" - "Real" görüşü yanvarın 13-ü keçiləcək. Bu komandalar arasında ilk matçda Madrid klubu 3:0 hesabı ilə qalib gəlib.

Tarix: 12 Yanvar - 08:18
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər