"Neftçi" özbəklərə uduzdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Teleqraf.com-un xəbərinə görə,  Elxan Abdullayevin komandası  Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun özbəklərin qələbəsi ilə başa çatıb – 1:0.

 

Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi. 

Tarix: 12 Yanvar - 00:10
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər