BMT-dən şok açıqlama: Yəməndə 1400 uşaq həlak olub

Yəməndə iki ildir davam edən toqquşmalar nәticәsindә azı 1400 uşaq həlak olub, 2400-dən çox azyaşlı isə xəsarət alıb. 


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Uşaqlara Yardım Fondu mәlumat yayıb. 


Mәlumata görә, hazırda ölkədə 14 milyon uşağın təmiz suya, 1,7 milyon azyaşlının isə qidaya ehtiyacı var. 


Qeyd edәk ki, ölkәdә davam edәn toqquşmalar sәbәbindәn 2 min mәktәb yerlә-yeksan edilib.


Samir

Tarix: 12 Yanvar - 10:33
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər