Rəfsəncaninin dəfninə Azərbaycandan kimlər qatılıb?

Yanvarın 10-da Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edib.


Teleqraf.com xəbər verir ki, vitse-spiker Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyətinə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov və Aydın Mirzəzadə daxil olub. 


Parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edib. 


Cavad

Tarix: 12 Yanvar - 12:07
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər