Nardaran hadisələri ilə bağlı daha bir qrupun işi məhkəmədə

Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrup - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəməyə göndərilib.


Teleqraf.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. 


İş hakim Zeynal Ağayevin icraatına verilib. Hazırlıq  iclası yanvarın 19-na təyin edilib.


Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov başda olmaqla, qurumun daha bir neçə üzvü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb.


Hazırda Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 


Prokuror Talehi Bağırova ömürlük, Fuad Qəhrəmanlıya 11 il, digər təqsirləndirilənlərə də müxtəlif müddətə cəza istəyib.


İkinci qrupun - “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. 

 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.


Hacı Zeynalov

Tarix: 12 Yanvar - 13:06
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər