Teymur Əmrah Gülyanağa söz atdı: “Onu sancı bürüyüb…”

ATV-də yayımlanan “Tanıdım səni” verilişində münsif olan Teymur Əmrah efir etikasına zidd olan ifadələr işlədib.

 

Gülyanaq Məmmədova Anar adlı iştirakçıya səs verən zaman Teymur Əmrah “Gülyanaq xanımın ana olmasına az qalıb, onu sancı bürüyüb” deyib. Bu ifadə izləyicilər tərəfindən xoş qarşılanmayıb.

 

Gülyanaq Məmədova Teleqraf.com-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Teymurun sözlərini zarafatla qəbul etdim, amma o kadrı gərək efirə verməyəydilər. Övlad dünyaya gətirmək eyib deyil. Bütün olmayanlara arzu edirəm. Bu sevinc ailəmə məxsusdur. Xalqa sənətimlə, səsimlə reklam ola bilərəm. Teymur ciddi adamdır, savadlı müəllimdir. Ömüründə bir dəfə zarafat edib, pis qəbul etmirəm. Bizim ailəvi gediş-gəlişimiz var. Onun səsinə də, mədəniyyətinə də böyük hörmətim var”.

 

Rəqsanə

Tarix: 12 Yanvar - 13:29
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər