Putindən Nazarbayevə vacib zəng

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon əlaqəsi saxlayıb. 


Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, liderlər danışıqlar zamanı Astanada keçiriləcək Suriya konfrasına hazırlıq məsələlərini müzakirə ediblər. 


Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. Putin və Nazarbayev həmçinin, ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıb. 


Qeyd edək ki, Türkiyə və Rusiya ötən il dekabrın 30-da Suriyada bütün ölkə boyu atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəliblər. Tərəflər yanvarın 23-də Astanada yenidən Suriya böhranının həllini müzakirə edəcəklər. 


Samir

Tarix: 12 Yanvar - 14:23
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər