Kerri gözlənilmədən Qafqaza gəldi

ABŞ dövlət katibi Con Kerri Gürcüstana səfər edib. 


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 


Kerrinin olduğu təyyarə günorta saatlarında Tiflis aeroportuna enib. Səfər çərçivəsində dövlət katibi Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkalian ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. 


Qeyd edək ki, Dövlət Departamentinin dünən yaydığı məlumatda Kerrinin Gürcüstan səfəri barədə məlumat verilməmişdi. Məlumatda Kerrinin Vyetnam, Fransa, Böyük Britaniya və İsveçrəyə səfər edəcəyi bildirilmişdi. 


Samir

Tarix: 12 Yanvar - 14:30
Digər xəbərlər
Xəbər lenti
Digər xəbərlər