22 İyun 2014 12:55
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan "Milan Expo 2015" sərgisi üçün unikal mərkəzin tikintisini planlaşdırır.

Şüşə sferalı və dalğalı ağac divarlı pavilyon "Arassociati və Simmetrico Network" memarlıq studiyasının layihəsidir. Ekomövzuya uyğun olaraq, dizaynerlər binanın ekoloji təmiz, yüngül işlənən materiallardan hazırlanmasını nəzərdə tutublar. Ağacdan olan dalğalı "jalyüzlər" pavilyonun interyerini əlavə günəş işığından qoruyacaq. Hər iki sferada Azərbaycanın iqlim, mədəniyyət, qastronomiya və coğrafi aspektlərini qonaqlar aaçan ekspozisiyalar yerləşdiriləcək.

Qeyd edək ki, "Milan Expo 2015" sərgisi 2015-ci il mayın 1-dən oktyabrın 31-dək 1,7 mln. kvadratmetr ərazidə təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən 30 milyonadək qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.

Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" adlı "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq.

Buro24/7.az


Müəllif: