23 İyun 2014 15:02
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

“10 ilə yaxındır ki, mən səhnədə oynamıram. Bu vaxta qədər öz rejissorumu, öz rolumu gözləyirdim”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Xalq artisti Amaliya Pənahova bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Aktrisa bu zamana kimi səhnədə oynamamağını Azərbaycanda onu qane edəcək rejissorun qalmadığı ilə əlaqələndirib:

“Bunu həmişə demişəm, bizim korifey rejissorlarımız dünyalarını dəyişəndən sonra çox az rejissorlar qaldı ki, onlar da işlərini yola verməyə başladılar. Yaxud da onların potensialını üzə çıxardanlar, onlar üçün şərait yaradanlar olmadığına görə fəaliyyətsiz qaldılar. Bu gün Azərbaycanda fəaliyyət göstərən teatr rejissorları məndə maraq oyatmır. Onların bilik səviyyəsi məni qane etmir. Həqiqətən çox az rejissor var ki, öz üzərində işləyir”.

Qeyd edək ki, Xalq artisti səhnə fəaliyyətinin 50 illiyi münasibəti ilə tanınmış polşalı rejissor Kşiştof Zanussinin hazırladığını “Qadın oyunları” tamaşasında baş rolu oynayıb. Aktrisanın benefisi sayılan tamaşa bu gün Rus Dram Teatrında nümayiş olunacaq.

Nərmin


Müəllif: