1 İyul 2016 12:33
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 1-də və 2-də Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Nikolay Qoqolun eyni adlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova (Anna Andreyevna) və başqaları çıxış edir.

Qeyd edək ki, Mikayıl Mikayılov Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.

Nərmin


Müəllif: