1 İyul 2016 20:38
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrında "Müfəttiş" tamaşasının premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, səhnə əsərinin ilk təqdimatında dramaturq Əli Əmirli, tənqidçi Məryəm Əlizadə, rejissor Ağakişi Kazımov və başqaları iştirak edib.

Qoqolun eyni adlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin rejissoru Mikayıl Mikayılovdur.

Səhnə əsərində xalq artistləri Rəfael Dadaşov, Rafiq Əzimov, Elşən Cəbrayılov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Ramin Şıxəliyev və başqaları oynayıb.

Qeyd edək ki, tamaşanın növbəti premyerası iyulun 2-də baş tutacaq.

Nərmin


Müəllif: