2 İyul 2016 18:28
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova iki filmə çəkilir. Bu barədə Teleqraf.com-a açıqlama verən aktrisa bu dəfə fərqli obrazlarla tamaşaçı qarşısına çıxacağını deyib:

““Mahmud baba” komediyasında mən kazino sahibəsi rolundayam. İlk dəfədir ki, belə bir rol oynayıram, ona görə çox maraqlıdır. Güclü bir qadın roludur. O filmdə çəkilişlərim Bakıda oldu.

O biri film isə “Nazlı” adlanır. Çəkilişləri davam edir. Yalnız bir gün Bakıda çəkilişlərimiz oldu, davamı iyul ayının 5-dən sonra Şamaxıda olacaq. Filmdə mənimlə bərabər Rasim Balayev, Fuad Poladov da çəkilir”.

Nərmin


Müəllif: