5 İyul 2016 11:00
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrda “Mövsümün ən yaxşı aktyoru” seçilən əməkdar artist Çingiz Əhmədov yeni mövsümdə yeni obrazda çıxış edəcəyini deyib.

O, Teleqraf.com-a açıqlamasında məxsusi onun üçün yazılan səhnə əsərinin olduğunu deyib: “Mövsümü başa çatdırdıq. Sevinirəm ki, məni “Mövsümün ən yaxşı aktyoru” mükafatı ilə təltif etdilər. Mükafat qazanan bütün sənət dostlarımı təbrik edirəm. Məxsusi mənim üçün yazılmış bir səhnə əsəri var. Orda çox maraqlı bir obrazım olacaq. Mənə verilən bu etimadı gələn mövsümdə yaradacağım yeni obrazımla doğruldacam”.

Nərmin


Müəllif: