5 İyul 2016 13:24
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com məşhurlara “İstirahətiniz üçün nə qədər pul xərcləyirsiniz?” sualı ilə müraciət edib. Onlar evləri, maşınları, istirahət məkanları ilə gündəmə gəlsələr də istirahətə xərclədikləri məbləği açıqlamaqdan imtina ediblər.

Səslənən fikirləri təqdim edirik:

Aparıcı Nərgiz Vahabqızı: “İstirahətə tək yox, ailə üzvlərimlə gedirəm. Xərclərimi də atam ödəyir. Ona görə istirahətə nə qədər pul xərcləndiyini bilmirəm. Bu il dincəlməyə avqustda gedəcəm. Yəqin ki, hər zaman olduğu kimi xarici ölkələrin birinə”.

Müğənni Eldar Qasımov: “İstirahət üçün hər şeyi həll etdiklərinə görə nə qədər pul xərcləndiyi bilmirəm. Yəni ki, mənə xərclədiyim məbləği açıqlamaq çox çətindir. İşlərim çox olduğuna görə harada istirahət edəcəyimi də müəyyənləşdirməmişəm”.

Müğənni Mətanət Əsədova: “Hələ istirahət etməmişəm. Ayın axırı getməyi düşünürəm. Çox pul xərcləyənlər sırasındayam. Ümumiyyətlə, mən pulun qənimiyəm. Beşgünlük dünyadır. Ürəyim nə qədər istəyir, o qədər pul xərcləyirəm. Amma məbləği açıqlamayacam”.

Aparıcı Hüsniyyə Məhərrəmova: “Avropada hər zaman işlə bağlı olmuşam. Amma özümə istirahət üçün də vaxt ayırmışam. Xüsusilə Bodruma istirahətə gedim, olmayıb. Eləcə də istirahətim üçün çoxlu pul xərcləmirəm. Çox ölkələrdə olduğum üçün dəqiq məbləğ açıqlaya bilməyəcəm. İlk dəfə olaraq ad günümdə Parisə getməyi planlaşdırıram”.

Aparıcı Aytən Səfərova: “Kiçik yaşlı övladım olduğu üçün istirahətə getməyi düşünmürəm. Hələ bu mümkün deyil. Amma onu deyim ki, xarici ölkəyə getmək daha ucuzdur, nəinki Azərbaycanın regionlarına”.

Rövşanə Bektaşi: “İstirahətə pul xərcləməyim getdiyim ölkələrdən asıldır. Oraya otel, menyu, şoppinq də daxildir. Devalvasiyaya görə Avropaya getmək çətinləşib. Amma ən azından qızıma görə 10 günlük istirahətə gedəcəm. Bu həftənin 6-cı günü, inşallah, Türkiyəyə yola düşürük. Hər ay istirahətim üçün maaşımdan 100-200 manat kənara qoyub saxlamışam”.

Aktyor İslam Mehrəliyev: “İstirahətə vaxt yoxdur, işimiz çox olur. Bu il Türkiyəyə istirahət üçün yox, işlə bağlı gedəcəm. Onda dincəlməyə də çalışacam. Aktyorlarda pul var ki, istirahət üçün hansısa ölkəyə getsinlər?”

Rəqsanə


Müəllif: