5 İyul 2016 16:10
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

15-20 iyul tarixində Azərbaycan Milli İncəsənət Muzeyində mərhum xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, sərgidə rəssamın muzeydə, Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaq. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş etdirilməyən bir neçə əsəri də bu sərgidə nümayiş olunacaq.

Vidadi Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb.

Dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ edibr. Əsərləri İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

Nərmin


Müəllif: