5 İyul 2016 17:34
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Yeni Atik” qəzeti ölkə tarixinin ən böyük aktyorlarından olan və oynadığı rollara görə daha çox Şaban adı ilə tanınan Kamal Sunal barəsində ilginc iddia ortaya atılıb.

Moderator.az xəbər verir ki, aktyor qəzetdə və həmin mətbu orqana məxsus olan saytda Türkiyədə İslam dininə ən böyük zərbə vuran insan kimi xarakterizə edilib. İrihəcimli məqalə ölkə mətbuatında birmənalı qarşılanmayıb. Sənətçini yüksək dəyərləndirən bir sıra media orqanları qəzetin Kamal Sunala xüsusi antipatiya sərgilədiyini bildirib.

Qəzet rəhbərliyi Kamal Sunalı oynadığı çoxsaylı filmlərdə İslamı ələ saldığı üçün bu cür tənqidlə üz-üzə qoyduqlarını bildiriblər.

Moderator.az


Müəllif: