9 İyul 2016 18:57
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start veriləcək.

DGTYB-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 10-dan 14-dək Bakıda silsilə tədbirlər təşkil olunacaq. Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.

İyulun 11-də Fəxri və Şəhidlər xiyabanları və “Türk Şəhidliyi” abidəsini ziyarətlə başlayacaq tədbirlər, AYB-nin “Natəvan” klubunda III Bakı toplantısının açılış mərasimi və qonaq yazarların öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumat verməsi ilə davam edəcək.

İyulun 13-də isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında türk dünyası gənc şairlərinin şeir axşamı keçiriləcək.


Müəllif: