10 İyul 2016 22:36
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Sky Arts kanalında yayımlanacaq Fake! The Great Masterpiece Challenge proqramı üçün ölkənin müxtəlif muzeylərində 7 orijinal rəsm əsəri saxta variantlarla əvəz edilib.

Şouda iştirak etmək istəyənlər Edinburqda Şotlandiya Dövlət Portret Qalereyasında, Mançesterdə Uoker Rəsm Qalereyasında, Kardif Dövlət Muzeyində, Londonda Hildholl Rəsm Qalereyasında və digər məkanlarda saxta versiyaları tapmalıdırlar. Layihənin müəlliflərinin sözlərinə görə, bu yolla onlar insanların bu incəsənət sahəsində diqqətlə yanaşmasına təsir etmək istəyirlər. Son araşdırmalardan birinin nəticələrinə görə, orta muzey ziyarətçisi bir rəsm əsərinin qarşısında 30 saniyədən çox vaxt keçirmir.

"Proqramımızda iştirak etmək üçün peşəkar incəsənətşünas olmaq mütləq deyil. Sadəcə maraqlı olmaq və detallara diqqət yetirmək lazımdır", - deyə təşkilatçılar bildiriblər.

Avqustun 1-dək davam edəcək proqramda istənilən şəxs iştirak edə bilər. Bunun üçün proqramın saytında qeydiyyatdan keçmək və sizə saxta görünən rəsmləri işarələmək kifayətdir. Qalib 5 min funt sterlinq qiymətli şedevr oxşarını hədiyyə olaraq əldə edəcək.


Müəllif: