11 İyul 2016 17:09
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir arzum var. Kinoda ya da teatrda müharibə görmüş, qaçqın ruhlu Qarabağ qadını obrazını oynamaq istəyirəm. Çünki içim doludur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib. Aktrisa həmçinin Qarabağ mövzusunda əsərlərin həm səhnədə, həm də kinoda azlıq təşkil etdiyini bildirib: “Biz müharibə görmüş bir xalqıq. Allah eləməsin ki, müharibə yenidən təkrarlansın. Oğullarımızı itirmək, dərdli analarımız, bacılarımızın artmasını istəmirik. Bu dərd ümumi dərddir və hamımıza məxsusdur. Bir aktrisa kimi bu dərdi ekranda göstərmək istəyirəm.

Bir dəfə televiziya kanalında verilişə baxırdım, orda yoldaşı rəhmətə getmiş üç qız anası danışırdı. Yataqxanada qalırdılar, qızının biri deyib ki, istəmirəm elçilərim yataqxanaya gəlsinlər. Ana deyir qarnımın üstündə daş daşıdım, bir gecənin içində gecəqondu tikdik. Ondan sonra evimə elçi gəldi. O qadının gözlərini görərdiniz...Mən o qadının obrazını oynamaq istəyirəm”.

Nərmin


Müəllif: