11 İyul 2016 17:17
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq. Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, teatrda son tamaşa 17 iyul tarixində olacaq.

Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad obrazını canladıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərində rolları Nahidə Orucova, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov və başqaları ifa edirlər.

Nərmin


Müəllif: