12 İyul 2016 11:17
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hörmәtli mәktub

Atama, anama, nәnәmә, әmimә, qardaşlarıma vә Cәmilin uşaqlarına öz meһriban salamlarımı göndәrirәm. Dәdә, mәnim barәmdә nigaran qalmayın. Yaxşıyam, yaxşı da dolanıram. Son zamanlar mәktub almıram sizdәn. Bilmirәm niyә yazmırsınız? Bәlkә avqustda gәlmәdiyimә görә mәndәn inciyibsiniz? Dәdә, vallaһ gәlәcәkdim, mәni kamandirovkaya göndәrdilәr. Bu yaxında gәlәcәyәm. Yazın görüm necә dolanırsınız, salamatlıqdırmı, pillәkәni düzəltdinizmi, әmim bizә gәlib-gedirmi? Cәmil yenә köһnә yerindәmi işlәyir? Ev alıbmı? Deyin ona diklik elәmәsin, kiçiyin-böyüyün yerini bilsin. Prorabnan prorablıq elәməyin axırı yoxdur, vallaһ. Deyin başını sal aşağı, işini işlә.

Nənəm nә tәһәrdir, yaxşıdırmı? Gözü sulanırmı yenә? Keçәn ay on manat göndәrmişdim, görәn alıbmı?

Mәnim sizә bir işim düşüb, dәdә. Çox fikirlәşdim yazım, yazmayım, sonra dedim qoy yazım. Bilirsiniz ki, nә vaxtdır institutu qurtarmışam, elә o vaxtdan da burda işlәyirәm. Amma nә xeyri? Nә ev almışam, nә vәzifәm artıb. Yüz dәfә getmişәm direktorun yanına, deyir elә gözlә, gözlә. Çıxıb getmәk istәyirdim, amma fikrimi dәyişdim. Bu yaxında bizә yeni direktor müavini gәlib. Doğru deyiblәr ki, adamdan-adama fәrq olarmış. Bu ayrı cür adamdır, ay dәdә, cavandır özü, amma iş bilәndir, qoçaqdır. Burda onun başına and içirlәr.

Mәndәn dә razıdır, xәtrimi istәyir. O gün mәni çağırdı, söһbәt elәdik. Soruşdu ki, nәyi gözlәyirsәn, kimi gözlәyirsәn, niyә yatıbsan? Dedi: bizim direktora ümid olma o öz һayındadır. Ay dәdә, yalan-gerçәk, deyir sәnin işin mәnim boynuma. Azı bir aya şöbә müdiri olarsan, deyir. Amma bir az pul lazımdır, deyir. Bunsuz olmaz, deyir. Çünki neçә adamı görmәlidir, neçә adamla danışmalıdır. Cәmi beş yüz, altı yüz manat. Mәndә o qәdәr pul һardandı, ay dәdә.

Yaşlı bir qadın işlәyir bizdә. Yazıq һavaxtdan çalışırdı ki, xaricә getsin. Hәkimlәr qoymurdu, deyirdilәr şәkәrin var. Hәmin oğlan onun sәnәdlәrini ikicә günün içindә düzәltdi. İndi arvad ona gecә dә, gündüz dә alxış elәyir. Bir sözlә xeyir-şәrə yarayan adamdır. Mәn һәlәm çoxunu yazmıram.

Mәsәlә bax bu yerdәdir, ay dәdә. Dedim, gənәşim sizә, görüm nә deyirsiniz, beyninizə batsa, qol qoyarsanız. Onda... Əgәr pulun olsa... Mәn dә bir mәrtәbәyә çatsam әvәzini çıxaram, sağlıq olsun.

İncimә mәndәn, ay dәdә.

Cәmilin uşaqları necәdir? Camal mәktəbә gedirmi? Nazlı dil açıbmı?

Hәlәlik bu qәdәr, di sağ olun.

Oğlunuz Yusif”.

Sonra istәdi yazsın ki, “һә-yox”unuzu gözlәyirәm. Düşündü ki, yaxşı deyil. Kağızı zәrfә qoyanda tәsәvvürünә gәtirdi ki, mәktubu necә oxuyacaqlar. Anası kövrәlәcәk. Atası papiros çәkә-çәkә qulaq asacaq. Atası onun mәktublarına qulaq asmağı sevirdi. O, ürәyindә yüz faiz әmindi ki, pulu göndәrәcәklәr. Birinci anası deyәcәk: göndәr. Cәmil dә razı olar. Dәdәsi ondan һeç vaxt һeç nәyi әsirgәmәyib. O da һeç vaxt dәdәsindәn һavayı yerә pul istәmәyib. Bir dә düşündü ki, dәdәmin pulu olar. Olandan sonra niyә göndәrmәsin, axı. Demәli, mәktubun iki gün getməyi, iki gün orda qalmağı, iki gün gəlməyi. Altı gündәn, uzaqbaşı bir һәftәdәn sonra cavab gəlməlidir.

Altı gün keçdi. Cavab yoxdu. Yusif nə işləyə bilir, nə evdə-eşikdə dinclik tapırdı. Yeddi gün keçdi. Heç nə yoxdu hələ. Nahar fasiləsində o, bufetdə oturub çörək yeyirdi.

- Boşdur bura? - deyә soruşdular.

- Buyurun, buyurun, - Yusif az qaldı ayağa dursun.

Direktor müavini boşqabları, bir stəkan portağal şirəsini stolun üstünə qoydu. Özü də oturdu.

- Neçәdir işlәr?

- Sağ olun.

- Dünәn baxdın futbola?

- Bəli.

- Axmaq futboldu. Texnikası yox, ustanovkası yox, әşi... - Başını buladı. Birdәn soruşdu:

- Nə oldu?

Yusif dedi ki, yazmışam evә, cavab gözləyirəm.

Yuxarı çıxanda o, Yusifә baxmadan dedi:

- Yusif, qardaş, birdәn ürәyinә ayrı şey-zad gələr.

- Yox, yox! Özüm ölüm yox, vallah yox, bu nə sözdür?!

Cavab səkkizinci gün gəldi. Özü də pul yox, posılka kağızı. Bu bir parça kağızı o, əlində oynadır, bilmirdi neyləsin. “Bunlar necə adamlardırlar, ə” Mən də gözləyirəm pul göndərəcəklər”...

Lap dilxor olmuşdu.

Axşam poçta gedib on kiloqramlıq yeşiyi aldı. Qayıdanda avtobusun içi heyva iyi ilə dolmuşdu. Adamlar tez-tez ona və yeşiyə baxırdılar. Ağlına bir fikir gəldi. Bəlkə pul yeşikdədir. Yadındadır, institutda oxuyanda anası, məktubların içinə üçlükdən-beşlikdən qoyardı. Evdə yeşiyi stolun üstünə qoydu, pencəyini soyundu, yeşiyi açmaq üçün bıçağı götürəndə gördü ki, əlləri əsir. Güldü. “Axmaqlamışam”, - dedi. Yeşiyi açdı. Yeşik sarı heyvalar və narla doluydu. Bu onun payı idi.

O, heyva və narları tələsik stolun üstünə tökdü. Yeşiyin dibindən qəzetə bükülü nəsə düşdü. “Pul” – deyə ürəyi çırpındı. “Beş yüz manat pul”. Açdı qəzeti. “Bu nədir?” Kağızın arasında sətin parçadan tikilmiş bir uşaq köynəyi vardı. “Pul hanı bəs?” Köynəyi çevirdi, qollarına baxdı, silkələdi, heç nə yoxdu. Köynək əlində durmuşdu. Nəsə tanış gəlirdi köynək. Harada görmüşdü bu köynəyi! Hər şeyi bir anda anladı. Amma anladığı, dərk elədiyi şeyi bütün daxili ilə, gücüylə qəbul eləmək istəmədi. Yad baxışlarla xeyli müddət köynəyə baxdı, sonra stula oturdu. Əlləri süstləmişdi. Öz-özünə yavaşdan: “Gör nə göndəriblər, gör nə göndəriblər”... – deyə pıçıldayırdı.

Әjdәr müәllim dedi:

- Bir dә deyirәm sizә. Sabaһ rayondan inspektor gәlәcәk, siniflәri bir-bir gəzəcək, dәftәr-kitablarınızı yoxlayacaq, әyin-başınıza fikir verәcәk. Ona görә dә һamınız bir nәfәr kimi ağ köynәk geyәrsiniz, tәmiz şalvar geyәrsiniz, qalstuklarınızı ütülәyәrsiniz. Üzünüzü, qulaqlarınızın içini yaxşı-yaxşı yuyarsınız, dırnaqlarınızı tutarsınız, ayaqqablarınızı...

- Nә var, Nәsib, nә olub orda? Nә deyirsәn? Birinci, müәllim danışanda sual vermәk olmaz. İkinci, müәllimlә danışanda ayağa dur. Bәli, bәli. Min dәfә deyiblәr sizə. Nә buyurursan? Eşitmirәm! İnspektor qadındır, ya kişi? Bu nә sualdı, һay, soruşuram səndən, bu nә sualdı?! Bura sәnin üçün һaradır, һay? Bir bunun başına-saçına bax sən! Sabah səni bu vid-fasonda görsəm sinifə buraxmayacağam. Otur!

“Ağ köynək” – deyə Yusif evə gedə-gedə deyinirdi. “Ağ köynək geyərsiniz”. Yoxdur mənim ağ köynəyim. Hardan alım? Yerdən çıxardım?

Evdə anası ona dedi:

- Qadan alım, hardan alaq? Yoxdan allah da bezardı, bəndə də. Dünən dədən donluğunun hamısını xərclədi. Yağ aldı, qənd aldı, un aldı. Bir az döz, inəyimiz doğan kimi sənə hər şey alacağam. Köynək də, ayaqqabı da...

- Əşi, mənə köynək indi lazımdır, bir aydan sonra yox! Ağzımda deyirəm inspektor gəlir, sən də deyirsən inək doğanda.

- A bala, qurban olum, bu in... in... dilim də yatmır, bu gələn köynəyinizin ağlığını-qaralığını yoxlayacaq?

- Yox ay ana, yox! Direktor dedi hamınız ağ köynək geyərsiniz. Başa düşdün? – O, kitabları stolun üstünə atdı.

Anası:

- Onu heç sağ gəlməsin, - dedi. – Özünü niyə həlak eləyirsən? Gəl otur çörəyini ye. Qoy dədən gəlsin görək, başımıza haranın daşını salırıq. Deyir, gərək elə ağ köynək olsun?

- Hә! Hә! Hә! Hә!

Lap һirslәndi. O, qapını çırpıb çıxdı. Gedib dәdәsi gәlәnә kimi tut ağacının altında oturdu.

Dәdәsi gec kәldi. Gәlәn kimi dә tövlәyə getdi. Yusifi sәslәyib dedi ki, bir qucaq ot gətir. Otdan gәlәn çürüntü, yonca qoxusu onun һirsini bir az soyutdu. Otu inәyin qabağına tökdü. Dәdәsi әyilib otu yaymaladı, içindә bir ovuc quru yoncanı inәyin ağzına tutdu. İnәk dodaqlarını uzadıb yoncanı aldı, xırtaxırtla gövşәmәyә başladı. Dәdәsi inәyin qaşqasını qaşıdı.

- Qaragöz balam mәnim, qaragöz inәyim!

İnәk ağırlaşmışdı, ayaqları üstә güclә dururdu.

Axşam süfrә başında anası:

- Ay Hәsәn, - dedi. - Mәktәbdә Yusifgilә deyiblәr yoxlama olacaq, gәrәk һamınız ağ köynәk geyәsiniz.

Yusif anasına baxdı.

Dәdәsi yemәyini qurtardı, boşqabı itәlәyib:

- Çay süz, - dedi. Çayı nәlbәkiyә tökәndәn sonra: - Nә köynәk? - deyә soruşdu.

Yusif dedi: - Rayondan inspektor gələcək. Direktor tapşırdı ki, ağ köynәk geyib gәlsin һamı.

- Başqa köynәk olmaz?

- Yox.

Dәdәsi güldü. Әlini üzünә çәkdi, başını buladı vә bir dә bәrkdәn güldü.

- A bala, soruşmaq ayıb olmasın, kim çıxardıb bu qanunu. Sabaһ başqa köynәk geysәn nə olacaq yәni? Dünya qopacaq? Nә deyәcәklәr sənə? Qovacaqlar?

Yusif başını aşağı salıb dinmirdi. Az qalırdı göz yaşları boşqabın içinә tökülsün.

- Ay Fatma, dur bir az su qoy, ayaqlarım sınır.

Sonra bir dә oğluna:

- A bala, - dedi, - birincisi, kim bunu deyirsә qәlәt elәyir. İkincisi, nәyin var onu geyәrsәn. Daһa ağ köynәk, qırmızı köynәk bilmirәm. Desәlәr nәdir bu, nә köynәkdir, denən һәr nәdir, özümündür, nәyim var onu da geyinirəm. Gәlib sizdәn köynәk istәsәm, onda ayrı mәsәlә.

Nәsә demәk istәyәn Yusifә, dәdәsi bәrkdən:

- Qurtardıq! - dedi.

Qaranlıqda o, kor kimi addımladı, әl һavasına tut ağacını tapdı, başını ona söykәyib ağladı. Ürәyindә and içdi ki, bu köynək mәsәlәsini unutmayacaq. Heç bir vaxt. Qoy bu tut ağacı, bu qaranlıq gecә, bu evin işıqları şaһid olsunlar.

- Sağlıq olsun, sağlıq olsun, - deyә o atasından eşitdiyi bu sözlәri dönә-dönә pıçıldayırdı.

Sabaһ, doğrudan da, böyük һәngamә oldu. Hamı ağ köynәk geymişdi. Birinci sinifin uşaqları da, ikinci sinifin uşaqları da... Allaһın Nәsibi dә ağ köynәk geymişdi. Yusif gәlib partasında oturmuşdu, başını da әllәri arasına alıb gözünu dikmişdi kitaba, guya ki, kitab oxuyur. Ancaq ürәyi bәrkdәn vurur, qulaqları güyüldәyir, başı şişir, gözlәri önündә ağ köynәklәr fırlanırdı. Nә çalınan zәngi, nә müәllimi, nə uşaqların sәs-küyünü, һeç nәyi, һeç nәyi eşitmirdi. Elә bil o, һaradansa başqa yerdәn, başqa mәktәbdәn gәlmişdi. Özü dә burada һeç kәsi tanımır, nә dә onu tanıyırlar. Tәnәffüsә çıxmadı. Uşaqlar gurultu ilә qaçıb getdilәr. Sinfin sәssizliyindә tәk qaldı. Başını qaldırdı. Yazı taxtası xoş bir işıltı ilә ona baxırdı vә bu işıltıdan az qaldı һönkürtü ilә ağlasın. Başını aşağı salıb kor-kor kitaba baxdı yenә. Zәng sәslәndi, qapı şaraqqıltı ilә açıldı, addım sәslәri dәһlizdәn sinifә doldu. Kimsә güldü, kimsә miyoldadı, kimsә öskürdü. Qızlar pıçıldaşırdılar. İnspektor üçüncü dərsdә gәldi. Özü də direktorla. Partalar səslәndi, uşaqlar komanda verilmiş kimi ayağa durdular. Uşaqların cəld durmasındanmı, ya һamısının belә qәşəng-təmiz geyinməsindәnmi, nәdәnsә inspektor gülümsündü, әliylә:

- Әylәşin, әylәşin, - dedi.

Partaların qapağı taqqıldadı, һamı oturdu, sükut çökdü.

Direktor yavaşdan nәsә dedi. İnspektor:

- Yox, yox, elә belә yaxşıdır, - dedi vә bütün sinif bu sözlәri eşitdi.

Direktor Yusifi birdәn gördü. Baxdı, iki dәfә öskürdü. İnspektor tәrәfә çönәndә gördü ki, o da Yusifә baxır.

- Dur görüm ayağa.

Yusif durdu, başını qaldıran kimi yenә yazı taxtası gözlәrinә sataşdı, bildi ki, özünü saxlaya bilmәyәçәk, üzünü çevirdi.

Dizlәri әsirdi.

- Sәn niyә ağ köynәk geymәyibsәn?

Yusif dinmәdi. Amma һiss elәyirdi ki, acı bir şey sinәsinә, boğazına dolur.

- Ay bala, sәnnәnәm, soruşuram niyә sәn dә başqa şagirdlәr kimi geyinmәyibsәn, һay? Niyә Aydın kimi, Yaһya kimi, Qәndab kimi, Lәtif kimi, bax, Mәsi kimi geyinmәyibsәn, һay?

Sükut...

İnspektor direktora mәzәmmәtlә baxdı. Yavaş-yavaş Yusifin yanına gәldi.

- Oğlum, müәllimin yәqin onu deyir ki, sәn dә yoldaşların kimi olasan, qәşәng görünәsәn, onlardan seçilmәyәsәn.

- Müәllim, olar?

Direktor:

- Nәsib, buyur - dedi.

- Müәllim, onların evi uzaqdadır. Dәrsә gәlәndә evdәn qaranlıqlı çıxır. Qaranlıqda köynәyini dәyişik salıb yәqin. Ağın yerinә bozu geyinib.

Gülüş qopdu. İnspektor da güldü, direktor da güldü, dәrs deyәn müәllim dә güldü. Sonra uşaqların һamısı güldü, bircә Yusifdәn başqa.

O, sәs kәsilәn kimi:

- Müәllim, mәnim ağ köynәyim yoxdur, - dedi. - Nәyim var onu da geyinirәm, әgәr... әgәr, gәlib sizdәn köynәk istәsәm onda ayrı mәsәlә, - dedi vә gözündәn yaş tökülә-tökulә sinifdәn çıxdı.

Bu köynәkdә uşaqlığı, uşaqlıq әlәmlәri vardı; atasının işlәdiyi dәmir yolu, müһaribәdәn sonrakı yoxsulluq, köynәyinin boğaz vә qollarını bağlayıb kövşәn yerindәn yığdığı başaqla onu doldurması vardı; uşaqlarla at çapmasını, atdan yıxılmasını, bir dәfә klubda dalaşmasını, gecələr kəndin yaxınlığındakı qamışlıqdan qorxmasını xatırladı; sonra qardaşını vurmasını vә o vurmağın onu indi dә yandırmasını mәktәbdәn “QAZ—51” markalı maşında “URRA” qışqıra-qışqıra ot yığmağa getmәlәrini, o vaxt sürüculәrin özlәrini bərk çәkmәklәrini xatırladı. Dostu Ələkbәr (indi bilmir һeç һardadı o) evlәri, һәyәtlәrindәki әrik, iydә, tut ağaclarının seyrәk dumanda “ağlaması”, kәndi bürüyən torpağın әtri vә onun isti bir gündә çəpərdəki böyürtkәn koluna girib, qonşuları İmranın yay armudlarına tamarzı-tamarzı baxması yadına düşdu. Bir dәfә belәcә tamaşa elәdiyi yerdә atasının böyürdәn çıxması, sәrt vә qәzәblә: “Bir dә sәni burda görsәm, gözlәrini çıxardacağam” - deyә qışqırması da yadına düşdü vә anladı ki, atası nә üçün pul yox, mәktub yox, mәһz bu köynәyi göndərib. Ancaq bir şeyә mat qalmışdı. Necә olub ki, bu köynәk indiyә kimi salamat qalıb?..


Müəllif: