12 İyul 2016 15:53
212

Bu gün “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, ssenari müəllifi Elçin Musaoğlunun 50 illik yubileyi qeyd olunub.

Teleqraf.com xəbər verir ki, tədbirdə yubilyarın sənət dostları, həmkarları iştirak ediblər.

Qeyd edilib ki, Elçin Musaoğlu “Qum dənəsi”, “Azad Mirzəcanzadə”, “Fotoqraf”, “Maestro”, “Mən kitabımı başlayıram” kimi sənədli filmlərin, “40-cı qapı”, “Nabat” kimi bədii filmlərin ssenari müəllifi və rejissoru olmaqla kinomuza yeni səs, yeni nəfəs gətirib. Bu filmlərin hər biri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. Təkcə “Nabat” filmi 30-a yaxın beynəlxalq film festivalında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb.

Kinostudiyanın direktoru Müşfiq Hətəmov qeyd edib ki, istər “Nabat”, istərsə də bu gün üzərində işlədiyi Qarabağ müharibəsində itkin düşmüş bir vətən oğlundan bəhs edən “Natiq Qasımov” sənədli filmi yubilyarı həm də vətənpərvər bir azərbaycanlı kimi səciyyələndirir.

Nərmin


Müəllif: