13 İyul 2016 01:12
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də Parisin 13-cü rayonunun Mandapa Mərkəzində dünya şöhrətli xanəndə Qoçaq Əsgərov və çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomənin konserti keçiriləcək.

Teleqraf.com xəbər verir ki, onları kamançada Elnur Mikayılov, pianoda Arno Qransak və zərb alətlərində Rusen Filiztek müşayiət edəcəklər.

Qeyd edək ki, Qoçaq Əsgərov və Pyer de Tregomən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar hazırlayıblar.


Müəllif: